Uşaqlarda yaddaş zəifliyi

23 Mart 2020
560
0
Uşaqlarda yaddaş zəifliyi
Uşaqlarda yaddaş zəifliyinin müxtəlif səbəbləri var. Səhhətdən qaynaqlanan problemləri nəzərə almasaq, qalan səbəblər o qədər də qorxulu deyil. Ən əsas məsələ isə irsi səbəblərlə əlaqədardır. Vaxtında qoyulan diaqnoz və düzgün müalicə həmin problemi aradan qaldıra bilər.

Hər uşaq konkret yuxu rejiminə ehtiyac duyur. Nəzarətsiz yuxu isə onlarda yaddaş zəifliyinə səbəb olur. Valideynlər müntəzəm şəkildə izlənə biləcək qrafik tərtib etməlidir. Əvvəllər bu çətin görünsə də, balacalar tədricən rejimlə yatmağa alışır. Yuxuya getməmişdən əvvəl onlara süd içirmək, tərkibində kofein olan içkilərdən uzaq tutmaq məsləhətdir.

Feat.Az bildirir ki, həkim-pediatr Təranə Göyüşöva deyib: "Uşaq inkişafı, xüsusilə erkən yaşlarda çox əhəmiyyətlidir. Bəzən uşaqlarda ciddi inkişaf gerilikləri olduqda - məsələn, təhsildə uğursuzluqla üzləşəndə, sosial ünsiyyətində azlıq olanda valideynlər bununla əlaqədar narahat olmağa başlayır. Halbuki həyatın ilk üç ilində uşaq inkişafına verilən dəstək digər illərdə əhəmiyyətli nəticələr verir".

Televizor izləməyin beynin inkişafını ləngitdiyini nəzərə alaraq mavi ekran qarşısında keçirilən vaxtı minimuma endirmək məsləhətdir, çünki televizora çox baxan uşaqlar passivləşir, xarici aləmlə ünsiyyəti zəifləyir. Amma bəzi cizgi filmləri və müxtəlif proqramların beyni inkişaf etdirdiyini də nəzərə almaq lazımdır.

Bəzi qidalar da uşaqların inkişafına və yaddaşının möhkəmlənməsinə müsbət təsir göstərir. Balıq, yumurta, kələm, kök, ispanaq, soğan, göbələk və turp kimi tərəvəzlər, alma, armud, narıngi, limon, portağal kimi meyvələr, süd məhsulları və balıq da çox faydalıdır. Oyun və məşqlər də yaddaşı gücləndirmək üçün yaxşı vasitədir.
Mənbə:AZƏRTAC
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.