Bunu etsəz STRESDƏN UZAQLAŞACAQSINIZ

30 Mart 2020
569
0
Bunu etsəz STRESDƏN UZAQLAŞACAQSINIZ
Mütəxəssislər stresdən qurtulmağın yolunu açıqlayıblar. Stressdən daha çox əziyyət çəkən iri şəhərlərin sakinləri mütəmadi olaraq özləri üçün 5 dəqiqəlik sakitlik (süküt) etməlidirlər.

Feat.Az
xəbər verir ki, bunu açıqlamasında rusiyalı psixoloq Aleksandra Morozova deyib.

"Bu yolla biz özümüzə vaxt ayırıb, iş gününün istənilən anında emosional stresdən azad olmaq fürsətini əldə edəcəyik, fikirlərimizi səhmana salıb, gələcək işlərimizi rahat şəkildə planlaşdıracağıq".

Mütəxəssis qeyd edir ki, bir neçə dəqiqəlik sakitlik narahatlığı azaldır və immun sisemini gücləndirir. Bu da öz növbəsində iş qabiliyyətinə müsbət təsir göstərir və yaradıcılığı inkişaf etdirir.

Bu cür fasilələr zamanı sinir sisteminə pis təsir etdiyi üçün bütün əsəbi faktorlardan, xüsusən də mobil telefonlardan uzaq durmaq lazımdır.

Ayrıca, psixoloq bu beş dəqiqə ərzində nəfəs məşqləri etməyi, təmiz havada gəzməyi məsləhət görür.
Mənbə:olke.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.