Qardaşlar dəhşətli qəzaya düşdü

15 Kasım 2014
1 267
0
Qardaşlar dəhşətli qəzaya düşdü
Qardaşlar dəhşətli qəzaya düşdü

Noyabrın 14-də saat 19:00 radələrində Sabunçu rayonunda ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, Sabunçu qəsəbəsi, B.Bünyadzadə küçəsində Bakı şəhər sakinləri 1974-cü il təvəllüdlü Mansur Surxayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə 1993-cü il təvəllüdlü Meysən Əlizadənin idarə etdiyi “Zontes” markalı motosikl toqquşub. Nəticədə M.Əlizadə və sərnişini - qardaşı 1995-ci təvəllüdlü Ülvi Əlizadə xəsarətlə xəstəxanaya daxil olub. Motosikletin sürücüsü M.Əlizadə isə xəstəxanada vəfat edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.