Öskürək yoxdur, amma pnevmoniya var – Gizli pnevmoniyanın ƏLAMƏTLƏRİ

04 Nisan 2020
734
0
Öskürək yoxdur, amma pnevmoniya var – Gizli pnevmoniyanın ƏLAMƏTLƏRİ
İmmuniteti zəifləmiş insanlar, eləcə də ciddi xəstəliyi olan şəxslər ən adi zökəm və qripdən belə pnevmoniya ola bilər.

Pnevmoniyanın uşaq və yaşlı insanları çox yaxalaması düzgün fikir deyil. Pnevmoniya hər kəsin bəlasına çevrilə bilər.

Feat.Az bildirir ki, pnevmoniyanın öskürəksiz keçən forması da var. Buna gizli pnevmoniya da deyilir.
Bəs gizli gedən pnevmoniyanın əlamətləri nədir:

- Tənəffüsün ağır və tez-tez olması
- Nəfəs alıb vermənin çətinləşməsi
- Bədənin əzgin olması, halsızlıq
- Bənizin ağarması, rəngin qaçması
- Döş qəfəsi və sanki qabırğaların ağrıması

Bu bir neçə bənd çox vacibdir. Ağrı ilə tənəffüsdə problemlər artıq pnevmoniyanın başlanmasıdır, qızdırmanı gözləməyin.

Hərarəti ölçəndə termometr 37.6-nı göstərə bilər, lakin siz özünüzü 39 dərəcədəki kimi hiss edə bilərsiniz.
Pnevmoniyanın özbaşına keçəcəyini gözləməyin və ya xalq təbabəti üsulları ilə müalicə etməyə çalışmayın. Pnevmoniya sırf tibbi və dərman müdaxiləsi tələb edir. Xüsusən yaşlı insanları dərhal həkimə çatdırmaq lazımdır.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.