Bal, limon və zəncəfil koronaviruslu xəstələri müalicə edir?

15 Nisan 2020
114
0
Bal, limon və zəncəfil koronaviruslu xəstələri müalicə edir?
Koronavirusun təbii yolla müalicəsi ilə bağlı çoxlu sayda məlumatlar verilir. Son məlumata görə, xəstəlik zamanı xəstənin özünü daha yaxşı hiss etməsi üçün bal, limon və ya zəncəfil yemək vəziyyəti yaxşılaşdırır. Lakin bu, COVID-19-un müalicəsi demək deyil.

ÜST mütəxəssisi Maykl Rayan "Sky News"a açıqlamasında COVID-19-un müalicə üsulları ilə bağlı sualı cavablandırarkən deyib ki, indiyə kimi yeni virusu müalicə edən sübutlu metod yoxdur: "İnsanlar xəstəlik zamanı özlərini daha yaxşı hiss etmək üçün bal, limon, zəncəfil kimi qidaları qəbul etməkdə azaddırlar. Amma onlar bunun dərman olduğunu əsla düşünməməlidirlər".
Əvvəlki Xəbər Növbəti Xəbər