Duz infeksiyaya necə təsir edir?

25 Nisan 2020
539
0
Duz infeksiyaya necə təsir edir?
Çox miqdarda duz qəbulunun bir sıra problemlərə səbəb olduğu məlumdur.

Alman alimlərinin apardığı araşdırma göstərir ki, duz immun sistemini zəiflədir, bu isə infeksiyalarla effektiv mübarizə aparmağa imkan vermir.

Feat.Az bildirir ki, Bonn Universitetinin alimləri bununla bağlı insanlar və siçanlar üzərində araşdırma aparıblar. "Science Translational Medicine" jurnalında dərc olunan tədqiqat nəticələrinə görə, duz miqdarı yüksək olan qidalarla qidalanan siçanlar bakterial infeksiyaları daha ağır keçirir. Gündə 6 qramdan çox duz qəbul edən insanlarda isə immun sistemi pozuntularına rast gəlinib.

Məlum olub ki, duz artıqlığı hormonal balansı pozur, eyni zamanda qanda çox olan immun hüceyrələrinin funksiyasını azaldır. Artıq duz qəbulu zamanı infeksion xəstəliklərin daha ağır keçdiyini vurğulayan alimlər, bu halda siçanlarda dalaq və qaraciyərdə xəstəliyə yol açan patogenlərin dəfələrlə çoxaldığını təsbit ediblər.

Gündə 6 qramdan çox duz qəbul edən şəxlərdə isə bir həftədən sonra aparılan qan analizi zamanı qlükokortikoid hormonlarının səviyyəsinin yüksəldiyi məlum olub. Bu isə immun hüceyrələrinin infeksiyalara qarşı müqavimətinin azaldığı deməkdir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yetkin insanlara gündə ən çox 5 qram duz qəbul etməyi tövsiyə edir.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.