Karantin günlərində kökəlməmək üçün 7 İPUCU

20 Nisan 2020
571
0
Karantin günlərində kökəlməmək üçün 7 İPUCU
Karantin rejiminə əməl etməli olduğumuz müddətdə yemək istəyinə nəzarət etmək çətinləşir. Stress, narahatçılıq və məşğuliyyətin olmaması bizi daha çox yeməyə sövq edə bilər. Ancaq yemək istəyinə uzun müddət nəzarət etməmək təhlükəlidir. Bu, həm köklüyə, həm də sağlamlığınızın pozulmasına gətirib çıxara bilər.

Feat.Az
evdə qaldığımız müddətdə kökəlmənin qarşısını alan 7 ipucu ilə tanış edir.

Qanda şəkərin səviyyəsini balansda saxlayın

Konkret yemək vaxtlarını təyin edin və bunu vərdişə çevirin. Qanda şəkərin balansına yalnız bu şəkildə nail olmaq mümkündür.

Məşq edin

Evdə olsanız da, hər gün mütəmadi olaraq idman etməlisiniz. Yuxu rejiminə də diqqət etsəniz, kökəlmək ehtimalını minimuna endirəcəksiniz.

Faydalı qidalanın

Yağlı qidalara üstünlük verməyin. Lakin bu müddətdə ac qalmamaq vacibdir. Faydalı inqredientlərdən ibarət olan səhər yeməyini ötürməyin və karbohidrat olaraq rəfinə edilməmiş taxıl məhsullarından istifadə edin.

Hər gün 2 litrə yaxın su için

Bu, həm bədən quruluşunu qoruyacaq, həm də immunitet sisteminizi gücləndirəcək.

Probiotik qidaları menyuya daxil edin

Kökəlmək istəmirsinizsə, probiotik məhsullara daha çox yer ayırın. Probiotiklər qəbizlikdən qoruyur və immunitetinizi gücləndirir. Qatıq, kefir, kələm buna misaldır.

Qızartma yeməklərdən imtina edin

Hazır qablaşdırılmış məhsullar piylənməni daha da sürətləndirir. Odur ki, şirniyyat istəyinizi meyvə, fındıq, badam və qoz kimi çərəzlərlə qarşılayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.