Daxilimizdə olan KORONAVİRUS DƏRMANI

06 Nisan 2020
768
0
Daxilimizdə olan KORONAVİRUS DƏRMANI
Hazırda hamı koronavirusdan qoruyan “sehrli” məhsul, dərman, vitamin axtarışındadır. Zəncəfil, sarımsaq, limonla soda, "perekis"...

Bir çoxlarına elə gəlir ki, mən zəncəfillə sarımsağı qarışdırıb yesəm koronavirus məndən yan keçəcək. Təbii ki, bu belə deyil.

Koronavirusdan ümumiyyətlə qorunmaq çox çətindir. Virus hava-damçı yolu ilə keçir və istənilən insan virusa yoluxa bilər. Məsləhət verirlər ki, asqırıb-öskürən insanlardan uzaq durun. Heç bu da koronavirusdan tam qoruya bilməz. Koronavirusu simptomsuz keçirən minlərlə insanlar var. Bəzi məlumatlara görə insanların 20-25%-i koronavirusu məhz belə keçirir. Bu insanlar asqırmır, öskürmür, onların qızdırması qalxmır, öskürəyi olmur, lakin onlar adi danışanda ətrafa virus yayır.

Sosial izolyasiya bu problemi müəyyən dərəcədə həll edir. İnsanlar evdən az çıxır, potensial virus daşıyıcıları ilə az ünsiyyətdə olur və bu da koronavirusa yoluxmanın riskini xeyli azaldır.

Feat.Az bildirir ki, koronavirusdan 100% qorunmaq mümkün olmasa da onun ağır fəsadlarından qorunmaq mümkündür. Axı koronavirusun əsl dərmanı bizim daxilimizdədir! Bu immunitetdir. İmmun sistemi güclü olan insana nəinki koronavirus, heç xərçəng də bata bilməz.

Beləliklə koronavirusdan deyil, koronavirusun fəsadlarından qorunmaq üçün immun sistemini gücləndirmək lazımdır. Bunun üçün:

- Yaxşı qidalanın. Qidalanmanızda mütləq ət, süd məhsulları, təzə meyvə-tərəvəz, göyərti olmalıdır.

- Kifayət qədər yatın (ən azı 7 saat) və dincəlin.

- Gün ərzində 1-1,5 l adi su için. Bu selikli qişaları nəm saxlayır və bununla da virusun orqanizmə düşməsinə mane olur.

- Karantin zamanı səhər saatlarında balkona çıxıb ən azı 20 dəqiqə ərzində hava və gün şüalarını qəbul edin.

- Stresdən uzaq olun, təşviş və qorxuya düşməyin. Bəli, indi bu kifayət qədər çətindir. Lakin çalışmaq lazımıdr. Xroniki stress immun sisteminə çox ciddi zərbə vurur.

Stressi azaltmaq üçün koronavirus haqqında daha az oxuyun və baxın və ən əsası özünüzdə koronavirusun simptomlarını axtarmayın. Onlar çoxdur və qeyri-spesifikdirlər. Yəni koronavirusun dəqiq diaqnozunu yalnız testin koməyi ilə qoymaq olur. Yüksək qızdırma, quru öskürək, nəfəsalmanın çətinləşməsi koronavirusa işarə edə bilər. Bu simptomlar varsa, dərhal "təcili yardım" çağırın.

Və nəhayət. Koronavirusa yoluxmaq dünyanın axırı deyil. Statistika göstərir ki, yoluxanların 85% koronavirusu yüngül keçirir. Ölüm halları təxminən 1-2%-dir. Bu 1-2%-i də əsasən ahıl və çox ciddi (!) xəstəlikləri olan insanlar təşkil edir.

Koronavirusa qalib gəlmək istəyiriksə, EVDƏ QALıb immunitetimizi gücləndirməliyik!
Mənbə:saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.