Qulaqda səslərin yaranma səbəbi

13 Nisan 2020
987
0
Qulaqda səslərin yaranma səbəbi
Qulaqda səsin-küy, cingiltinin yaranması çox zaman adi hal kimi dəyərləndirilir. Bu problemlə üzləşənlər küyün, səsəin öz-özünə keçib gedəcəyini düşünürlər. Amma bəzən qulaq küyü keçmək əvəzinə illərlə davam edir. Qulaqda səslər nədən yaranır? Bunun qarşısını necə almaq olar?

Burun-qulaq-boğaz-baş və boyun cərrahiyyəsi uzmanı Elnur Əkbərovun yazısını təqdim edirik.
Bəzən insanın qulağı tutulur, sanki bir vakuuma düşmüsən. Qulağında qəribə bir səs yaranır, bir uğultu eşidirsən. Havada uçursan elə bil.

Belə uğultu çoxunu yorur, çünki insanda üzgünlük yaradır. Balıqqulağını qulağa dirəyəndə, dənizin səsini xatırladan bir səs əmələ gəlir, bunun bənzəri də qulaq tutulmasında baş verir. İnsan qulağındakı səs-küydən yorulur, bilmir başını hara qoysun, necə dincəlsin.

Elmi dildə buna tinnitus deyirlər. Öz-özlüyündə ayrıca xəstəlik deyil, çünki digər xəstəliklərin təzahürü kimi ortaya çıxır, hətta bəzən yaşla da əlaqəli olur. Belə simptomların yaranmasına daha çox koxlear nevrit, orta otitlər, arterial təzyiqin yüksəlməsi və sair faktorlar səbəb olur. Adı çəkilən qulaq xəstəlikləri və eşitmənin pozulması zamanı bəzi səslər küy kimi qavranılır. Yüksək təzyiq də qulaqda bu tip səslərin yaranmasına bəzən gətirib çıxardır, baş gicəllənməsi də olur.

Bir para dərmanın qəbulu, beyin damarlarının aterosklerozu, osteoxondroz, baş-beyin travmaları, beyin xərçəngi qulaqda səsin yaranmasına səbəb ola bilər.

Müalicəsi varmı? Qulaqda küyün aradan qalxması daha çox onu yaradan səbəbi aradan qaldırmaqla baş verir. Düzgün diaqnoz olduqda qarşısını almaq, nəsə tədbir görmək olur. Statistik məlumata görə, dünyada yaşayan bütün insanların haradasa 10-20 faizi belə bir problemlə rastlaşır.

İlk növbədə qulaq, burun, boğaz həkiminin qəbuluna getmək məsləhətdir, çünki patologiyanın məhz qulaqla əlaqəli olub olmadığını təyin etmək lazımdır. Daha sonra təzyiqi və ürəyi yoxlamaq, terapevtin yanında olmaq, nevropatoloqa baş çəkmək tələb olunur.

Qulaqda səsi azaltmaq olarmı? Əvvəlcə səbəbini araşdırmaq, müayinə keçmək və səsin əmələ gəlməsinin kökündə nəyin durduğunu bilmək, sonra isə bəzi kiçik məsləhətlərə əməl etmək yerinə düşərdi. Yüksək səsli musiqidən və ya digər səs mənbəyindən uzaq durmaq vacibdir. Arterial təzyiqi gözləmək, qidada duzun miqdarını azaltmaq, kofein və tütündən uzaq durmaq yaxşı olardı. Gərginlik və qorxunu da özünüzdən kənar tutun. Gündəlik suyun qəbulunu tənzimləmək gərəkdir, çünki bu xəstəlikdə artıq su başa bəladır.

İstirahət etmək, yuxu rejiminə gözləmək, fiziki aktiv olmaq əhəmiyyətlidir. Hərdən səssizlik özü də qulaqda səsin eşidilməsinə zəmin yaradır, yəni belə anlarda radioda musiqini dinləmək olar. Dərman preparatlarının qəbulunu tam həkim nəzarətində saxlamaq gərəkdir.

Həyata pozitiv yanaşma, müsbət düşüncə tərzi, yumor hissi özlüyündə xoş dinamikaya zəmin yaradır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.