Stresdən mədə xorası və qastrit əmələ gəlir?– Qastroenteroloq açıqlaması

30 Mayıs 2020
601
0
Stresdən mədə xorası və qastrit əmələ gəlir?– Qastroenteroloq açıqlaması
Xəstəliklərin çoxu əsəb və stresdəndir. Bəli düzdür. Hətta mədədə qastrit, xora da, mədə-bağırsaq pozulmaları da sinir mənşəli ola bilər. Bir çox mədə xorası xəstələri olub ki, məsələn, yaxının ölümündən və itkisindən sonra qastrit, xora, hətta qanayan xora problemi ilə rastlaşıblar.

Feat.Az
bildirir ki, dünya qastroenteroloqlar birliyi özünütəcrid, karantin dövrünün stresi, həyəcanının mədəyə təsirsiz ötüşməyəcəyini bildirib.

Depressiya, təşviş, virusa görə qorunmaq tədbirləri, özünü gözləmə, orqanizmin daim hücum rejimində olması həzm sistemində dispepsiya, köp, müxtəlif nahiyələrdə sancı, ağrı, iştahın azalması ilə müşahidə olunur.

Gərgin psixi durum sinirlərin tonusunu artırır, nəticədə mədə şirəsinin sekresiyası normadna artıq ifraz olur, hansı ki, bu şirə turşu və pepsin tərkiblidir və zülalların parçalanması üçün lazımdır. Lazım olduğundan artıq şirə mədə selikli qişasının hüceyrələri üçün çox aqressivdir, ona görə mədədə stress xorası əmələ gəlir.

Evdə məcburi qapanma və dərdini, hiss etdiklərini heç kimə deyə bilməmək, doğmalarını da narahat etməmək problemləri içəridə basdırır və bu emosiyalar məzarlığı çox zaman qida borusu,mədə nahiyəsində olur. Evdə stresin təsirindən çox və zərərli yemək, iştaha kontrolun itməsi, fiziki aktivliyin olmaması mədəaltı vəz və qaraciyəri də yükləyir.

Mədəaltı vəzidə iltihab, pankreatit və ya insulin dirənci, qaraciyərdə isə hepatoz yaranır. Bu xəstəliklər çox gizli gedir, heç bir əlamət vermir, zamanla ağırlaşır.

Çoxları virusa görə zəncəfil və sarımsağa sarılıb. Amma bunlar da mədə xorası, qastritini artırır, mədə şirəsini çoxaldır, yaraları dərinləşdirir.

Nə yeməli?


Gündəlik rasionda yağsız mal, toyuq, hind quşu əti,balıq olmalı, sürtgəcdən keçirilmiş tərəvəz salatları və püre şorbalar, süd məhsulları, kərə yağında sıyıqlar, 1-2 ədəd yumurta, sobada bişmiş meyvələr, kompotlar, kisellər, bitki çayları olmalıdır. Tam taxıl və paxlaları köpü və xorası olmayanlar yeməlidir.

Karantindən sonra mədəaltı vəz, qaraviyər yoxlanmalı, mədə və 12 barmaq bağırsaq endoskopik (zondla) müayinə edilməlidir.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.