Küçədən qayıtdıqdan sonra etməli olduğunuz 7 addım – Virusu evə gətirməyək!

11 Mayıs 2020
519
0
Küçədən qayıtdıqdan sonra etməli olduğunuz 7 addım – Virusu evə gətirməyək!
Karantin şərtlərinin yumşaldılması? insanların daha uzun müddət küçədə olması və virusun gözlə görünməməsi əhalini bir qədər rahatladıb arxayın edəcək. Bununla da bir qədər zəifləyən virus daha asanlıqla daha çox insanı heç ağlına gəlmədiyi yerdə yaxalaya bilər.
Ona görə də şərtlər nə olursa-olsun ayıqlığımızı itirmədən, virusun evimizə gəlməsinin qarşısını almaq üçün tədbirləri uzun aylar icra etməliyik.
Feat.Az
həmin 7 qaydanı təqdim edir.

1. Ağzınızda maska varsa, onu artıq binaya, evə yaxınlaşanda, bir tərəfindən tutub çıxarıb, qatlamadan, əzmədən bir klyoka qoyub, zibil yeşiyinə atmaq

2. Ayaqqabı, kurtkanı həyətdə və ya qapının çölündə çıxarmalı. Həyət evidirsə, elə ordaca ipdən asmalı.

3. Kurtka, çantanı bir sellofana qoyub, hamamda qoymalı.

4. Daha sonra hamama keçib, əllər, üz,boyun, burun,ağız isti su və sabunla yuyulur.Əlləri 30 saniyə yaxşıca yuyandan sonra üzünüzə keçin.

5. Daha sonra bütün geyimlərinizi çıxarıb ya yuyulmağa qoymalı, ya da bir sellofana yığıb həyətən və ya balkona çıxarıb qoymalı. Onları çırpmaq, silkələmək olmaz. Sənəri yenə geyinə bilərsiz. Virus parçada 7-8 saat qalır.

6. Telefonu elə hamam otağında dezinfeksiya etməli

7. Sonra yenidən əllər sabunla yuyulur, boğaz, burun duzlu su ilə yaxalanır

Telefonunuza heç kim əl vurmasın və onu yemək masasına qoymayın

Yalnız təmiz ev geyimini geyindikdən sonra otağa keçib, ailə üzvlərinizə qarışın. Bunları edənə kimi ailədən heç kimlə yaxından danışıb ünsiyyətdə olmayın.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.