Karantin rejimi zamanı faydalı vitamin açıqlandı

16 Mayıs 2020
592
0
Karantin rejimi zamanı faydalı vitamin açıqlandı
Böyük Britaniyada koronavirus pandemiyası zamanı D vitamini qəbul etmək tövsiyə olunur.

Feat.Az
xəbər verir ki, bu barədə İngiltərə İctimai Səhiyyə İdarəsinə istinadən "The Independent" məlumat yayıb.

Mütəxəssislər hesab edirlər ki, insanlar çox vaxt Günəş işığına məruz qalmadıqları üçün D vitaminini kifayət miqdarda almırlar. Odur ki, sağlamlıqlarını gücləndirmək üçün gündə 10 mikroqram vitamin qəbul etmələri tövsiyə olunur.

D vitamini sümüklərin, dişlərin, əzələlərin vəziyyətinə birbaşa təsir edən kalsium və fosfatın bədən tərəfindən udulmasından məsuldur. Bununla birlikdə, bəzilərinin iddia etdiyi kimi D vitamininin koronavirusa yoluxma ehtimalına və ya xəstəliyin müalicəsinə təsir etmədiyi vurğulanıb. Günəş işığına əlavə olaraq, vitaminin əsas mənbələri yumurta sarısı, qırmızı ət və yağlı balıqdır.
Mənbə:publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.