Bu qidalar ciddi asılılıq yaradır - SİYAHI

19 Mayıs 2020
510
0
Bu qidalar ciddi asılılıq yaradır - SİYAHI
Tədqiqatçılar güclü asılılıq yaradan qidaların adlarını açıqlayıblar.

Feat.Az
xəbər verir ki, Miçiqan Universitetinin tədqiqatçıları 120 tələbə arasında araşdırma aparıb.

Tələbələrə 35 fərqli qidadan istədiklərini seçmək və "Yale Qida Asılılığı Şkalası"nı doldurmaq tapşırılıb.

Siyahıya liderliyi şokolad, dondurma, kartof qızartması, pizza, peçenye, çipsi, popkorn və çizburqer edib.

Qızılbalıq, qəhvəyi düyü, xiyar və brokkoli isə asılılıq yaratmayan məhsullar arasında yer alıb.

Elm adamları qeyd edib ki, asılılıq yaradan qidaların ümumi tərkibi var - karbohidratlar və yağlar.

Beləliklə, mütəxəssislər erkən yaşlarda insan beyninin yeməkdən aldığı ləzzəti xatırladığı qənaətinə gəliblər.

Məhz buna görə yetkinlik dövründə bizə ilk dad hissini xatırladan bənzər məhsulları xoşlayırıq.
Mənbə:publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.