Dezinfeksiyaedici məhlulların zərərləri

23 Mayıs 2020
77
0
Dezinfeksiyaedici məhlulların zərərləri
Heç bir dezinfeksiyaedici maddə virus üzərində su və sabun qədər təsirli deyil

Koronavirus səbəbindən son vaxtlar dezinfeksiyaedici maddələrin istehlakında ciddi artım müşahidə olunur. Gel, spirt kimi bu maddələr əllərimizdəki mikrob və bakteriyaları öldürür. Lakin istifadəçilərin dərilərini qurutması ilə bağlı şikayətləri də səngimir. Mütəxəssislər hesab edir ki, bu məhsulların həddindən artıq istifadəsi, digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Feat.Az bildirir ki, gündəlik həyatımızda əllərimizlə bir çox yerə toxunur və fərqində olmadan çox sayda bakteriyalara məruz qalırıq. Sağlamlığımız, xüsusilə, gündəmdə olan koronavirus səbəbindən daha çox təhlükədədir. Həll yolu isə əllərimizi ən azı 20 saniyə sabun və su ilə yaxşıca yumaqdır. Həkimlərin sözlərinə görə, heç bir dezinfeksiyaedici maddə virus üzərində su və sabun qədər təsirli deyil. Lakin su və sabun olmayan yerlərdə dezinfeksiyaedici məhlullardan istifadə etmək məcburiyyətində qalırıq.

Dezinfeksiyaedici məhlulların zərərləri nədir?

Əl dezinfeksiyaedici məhlulların tərkibində çox miqdarda spirt və kimyəvi maddələr var. Bunlar dəri quruluğu və ekzema kimi reaksiyalara səbəb ola bilər. Dərinin qoruyucu qat funksiyasını zədələməklə, qurumağa, qızartıya və soyulmasına səbəb ola bilər. Xüsusilə, uşaqların dəriləri daha həssas olduğu üçün istifadə edilməsi tövsiyə olunmur. Bundan əlavə, kimyəvi qoxulardan narahat olanlara, xüsusilə, astma kimi xəstəlikləri olan insanlara daha çox təsir edə bilər.

Ümumiləşdirsək, əl dezinfeksiyaedici maddələr həddindən artıq istifadə edildikdə və ya düzgün istifadə edilmədikdə :

- Dəri quruya bilər

- Allergik reaksiyalar baş verə bilər

- Antibiotiklərə qarşı müqavimət, tərkibindəki triklosan səbəbindən yarana bilər.

- Əzələ sağlamlığını təhdid edə bilər

- Astma və xroniki dəri xəstəliklərinə səbəb ola bilər

- İmmun sisteminə mənfi təsir göstərə bilər.

Bu səbəbdən mütəxəssislər sözügedən məhlullardan bacardığımız qədər az istifadə etməyimizi məsləhət görür.
Mənbə:kaspi.az
Əvvəlki Xəbər Növbəti Xəbər