Döyənək və onun müalicə üsulları

21 Mayıs 2020
576
0
Döyənək və onun müalicə üsulları
Döyənək qalınlaşmış və sərtləşmiş dəri çıxıntısıdır. Ayağa sıx gələn, dar və iriburunlu ayaqqabılar ayaq barmaqlarını sıxışdırır, hərəkətinə mane olur.

Feat.Az
bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu AZƏRTAC-a deyib: "Ayaq barmaqlarının üzərindəki dəri və dəri altındakı toxumaların təzyiqə uğraması nəticəsində döyənək inkişaf edir. Döyənəkdən qorunmaq üçün ilk növbədə ayaq barmaqlarını sıxmayan ayaqqabılar geyinmək lazımdır. Lakin ağrının mənbəyi təkcə ayaqqabılar deyil, ayaqlar da ola bilər".

O, döyənəkdən azad olmaq üçün xalq təbabətində tətbiq edilən bir neçə resepti açıqlayıb: "Dəmrovotu bitkisi ət maşınından keçirilərək şirəsi çıxarılır və balaca ətir şüşəsinə elə tökülür ki, mayenin səviyyəsi tıxacdan 2 santimetr aşağı olsun. Şüşənin ağzı möhkəm bağlanaraq 6-7 gün otaq temperaturunda saxlanılır. Qıcqırmağa başlayanda günaşırı tıxac açılaraq yığılmış qaz bayıra buraxılır. Qıcqırma qurtarandan sonra şirəni uzun müddət saxlamaq olar. Həmin üsulla saxlanılan şirə 2-3 dəqiqə ərzində döymənin üzərinə sürtülür. 3-5 dəqiqəlik fasilədən sonra şirəni təkrar çəkmək lazımdır. Prosedur sutkada 2-3 dəfə yerinə yetirilir, adətən sarğıdan istifadə edilmir.

Bir əzvay yarpağı uzununa kəsilir və döyənəyin üzərinə qoyularaq bir gecə islatma şəklində saxlanılır. Səhər döyənək bıçağın küt tərəfi ilə qaşınaraq üzərinə vazelin çəkilir. Prosedur döyənək yox olanadək davam etdirilir.

3 diş sarımsaq götürülür, üzərinə 3-4 stəkan üzüm sirkəsi tökülərək 2 həftə saxlanılır. Kiçik kətan parçasını soyuq sarımsaqlı sirkədə isladıb artığını sıxaraq parça ağrıyan yerə qoyularaq bağlanır və islatma səhərə qədər saxlanılır. Səhəri gün təzə islatma qoyulur".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.