Meyvələr, göyərtilər virus təhlükəsinə görə necə təmizlənməlidir? - TƏLİMAT
Feat.Az bildirir ki, məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı təlimatda bildirib. Təlimatda qeyd olunub ki, alınan qida məhsulları mətbəxə yerləşdirildikdən sonra əlləri, mətbəx mebelini və digər səthləri yumaq lazımdır.
Bundan əlavə, su keçirməyən materiallarla qablaşdırılmış qida məhsulları sabunlu su ilə yuyulub durulandıqdan sonra soyuducuya yerləşdirilməlidir.
Sərt qabıqlı meyvələri fırça və ya əl ilə axar ilıq su altında, göyərtiləri ilə duzlu-sirkəli məhlulda 10-15 dəqiqə saxladıqdan sonra yuyub istifadə etmək olar.