Makiyajın dəriyə zərərli təsiri

20 Mayıs 2020
784
0
Makiyajın dəriyə zərərli təsiri
Araşdırmalar göstərir ki, kosmetik məhsulların tərkibində 170 kimyəvi maddə və ağır metallar var. Təbii ki, bu, insan sağlamlığına, əsasən də dəriyə çox ciddi fəsadlar verə bilər.

Feat.Az
bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən həkim-dermatoloq Solmaz Orucova deyib: "Makiyajın ən böyük zərəri dərinin nəfəs almasına mane olmasıdır. Elə bunun nəticədir ki, bəzi xanımların üzündə çivzələr əmələ gəlir. Problemlər daha çox yağlı dərilərdə olur. Həmin dərilərdə məsamələr açıq olduğundan ətraf mühitdə olan tozlar məsamələrə girib müəyyən fəsadlar törədə bilər".

Onun dediyinə görə, makiyajın üzə ən böyük təsiri onu uzun müddət təmizləmədikdə yaranır. Onun qarşısını almaq üçün yatmazdan əvvəl mütləq üzü təmizləyici vasitələrlə makiyajdan azad etmək lazımdır.

Kosmetik vasitələrin düzgün seçilməsinə də xüsusi diqqət yetirmək vacibdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.