Meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək daha faydalıdır

04 Haziran 2020
534
0
Meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək daha faydalıdır
Limon, portağal, alma və kartofu qabığı ilə yemək yaxşıdır. Meyvə və tərəvəzlərin qabıq hissəsi onun ləti ilə müqayisədə daha çox lif və vitamin ehtiva edir. Məsələn, badımcan qabığı hüceyrələrin məhv olmasına və iltihablanmasına mane olan güclü antioksidantdır. Qabaq (kabaçok) qabığı antioksidant təsiri olan C vitamini və xlorofillə zəngindir.

Feat.Az
bildirir ki, rusiyalı proktoloq-onkoloq Yelena Smirnova bu sözləri "MedikForum" saytına müsahibəsində deyib.

Onun fikrincə, çoxlu miqdarda C vitamini, lif və antioksidant ehtiva edən sitrus meyvələrinin qabığını yemək çox faydalıdır. Proktoloq-onkoloq xiyar və almanı qabığı ilə yeməyi də məsləhət görür. Brokkolinin tərkibindəki antioksidantlar isə stresin və göz hüceyrələrinin zədələnməsinin qarşısını alır. Həkim qeyd edib ki, kartofu qabığı ilə birlikdə yedikdə bədən daha çox C vitamini və liflə təmin olunur. Lakin yaşıl kartof qabığı ilə qidalandıqda onun tərkibində zəhərli solanin birləşməsi də ola bilər.

Rusiyalı həkim mövsümi meyvə və tərəvəzləri də qabıqlı şəkildə yeməyi məsləhət görüb.
Mənbə:AZƏRTAC
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.