Arı südünün inanılmaz özəllikləri - Nadir olması sirrinin arxasında nə dayanır?
Feat.Az arı südünün faydaları ilə tanış edir.
Tərkibindəki yüksək miqdarda proteinlə arı südü eynilə digər arı məhsulları kimi enerji dəyəri yüksək qidalar sırasına daxil edilir.
Arı südünün 100 qramında 15 qram protein var. Bundan başqa, B vitamini qrupları (B1, B2, B3, B5, B6), biotin, fol turşusu, maqnezium, sink və dəmir baxımından olduqca zəngindir.
Arı südünün quruluşunda heç bir qida maddəsində olmayan biolektin proteini və 10-HDA adlı dəyərli yağ turşusu var. Bu maddə yeganə olaraq arı südündə mövcuddur.
Arı südünün digər arı məhsulları olan bal, polen və propolisdən fərqi özünəməxsus xüsusiyyətlərinin olmasıdır. Əldə edilməsi çətin olduğundan nadir tapılan qidalar kateqoriyasına daxildir.