Nevroz, VSD və panik atakın 30 simptomu – Özünüzü test edin

27 Haziran 2020
311
0
Nevroz, VSD və panik atakın 30 simptomu – Özünüzü test edin
Son zamanlar bizə müraciət edən oxucuların bir çoxu elə xətəlik və simptomlardan şikayət edirlər ki, burda istər-istəməz əsəb sinir sistemi, psixosomatika və nevrozdan, eləcə də geniş yayılmış vegetativ distoniyadan şübhələnirik.

Hazırda karantin və pandemiya ilə bağlı "xəstəliklər buketi" adlanan VSD və panik atak daha da geniş yayılır.

Feat.Az hələ də tibbi sirli xəstəliyi olan bu sindromların əlamətlərini təqdim edir. Əgər bu simptomlardan 10-u sizdə varsa, sizdə vegetativ distoniya diaqnozudur.

1. Qəfildən başa, ürək hissəyə, bədənə isti və soyuq axının gəlməsi
2. Ağızda suyun quruması
3. Boğazda düyün və udqunmada problem
4. Döş qəfəsi və mədə nahiyəsində ağırlıq
5. Ürək tərəfdə ağırlıq, ağrı, sancı, spazmlar

6. Tənəffüsdə çətinlik, sanki ağciyərlərə oksigenin az daxil olması hissi
7. Ürəkbulanma, qarının köpməsi, qıcıqlanma, nadir halda səbəbsiz qusma
8. Ürəkdöyünmənin artması, dəqiqədə 120
9. Tez-tez yalançı tualetə gedişlər
10. Başgicəllənmə, başda sıxılmalar

11. Ayaqlarda ağırlıq, pambıq ayaqlar effekti
12. Səbəbsuz yorğunluq, halsızlıq, iş və təhsilə enerji tapmamaq
13. Tərləmək
14. Təzyiqin oynaması
15. Özündə ciddi fizioliji xəstəlik, problem, hətta onkoloji xəstəliyə şübhə və müayinələr, analizlərə meyillilik

16. Sanki infarkt, insult olurmuş kimi qorxular
17. Daxildə, ürək hissədə qəribə boşluq
18. Bədənin, əzələlərin gərilməsi, bərkiməsi
19. Aqressiya, ağlamaq, apatiya
20. Ağlını itirmək qorxusu, ölüm qorxusu

21. Depersonalizasiya - sanki bədənin içində deyilsən, öz bədəninə yadsan
22. Daim xilaskar axtarmaq, həkim, dərman və s
23. Müxtəlif tutmalar - ya çox ölgünlük, ya da aqressiya
24. Küçəyə çıxmaq qorxusu və ya əksinə evdən küçəyə, adam içinə qaçmaq
25. Müxtəlif dərmanları tez-tez qəbul etmək, korvalol və valeriansız yaşamamaq

26. Dərinin avasıması, ağarması
27. Beyinlə bədənin əlaqəsi, rabitənin sanki zəifləməsi, düşüncənin kütləşməsi
28. Yuxusuzluq, yuxuda kabus, yuxudan doymamaq
29. Təngnəfəslik, əl-ayaqda keyimə
30. Üzdə, əldə səyrimələr, sinir atmaları, sanki üzün assimetriyası hissi
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET