Fəsil dəyişən zaman saç tökülməsi nədən xəbər verir?

26 Haziran 2020
383
0
Fəsil dəyişən zaman saç tökülməsi nədən xəbər verir?
Saç tökülməsi geniş bir məfhumdur. Bu, bizim sadə yanaşdığımız hal deyil. Çox ciddi səbəbləri ola bilər. Saç tökülməsi hər yaşda rast gəldiyimiz xəstəlikdir, yeni doğulan uşaqlardan tutmuş hər yaşda saç tökülməsi baş verir. Biz hər fəsildə saç tökülməsi ilə qarşılaşırıq.

Feat.Az
bildirir ki, bunu dermatoloq, uzman həkim Firayya Məmmədova bildirib.

Dermatoloqun sözlərinə görə, saç tökülməsi bir çox səbəblərdən yaranır: "Saç tökülməsi uşaqlarda bir sıra sindromların xəbərçisi ola bilir. Böyüklərdə də saç tökülməsi bəzən bir sıra xəstəliklər nəticəsində ortaya çıxır. Amma xəstəlik olmadan da stres, hava şəraiti, ekologiya saç tökülməsinə səbəb olur. Saç tökülməsi genetik əsaslı da olur. Qadınlarda və kişilərdə saş tökülmələri fərqləndirilir. Tüklərin tökülməsi bəzən təkcə başda deyil bədənin bir sıra hissələrində baş verir, bəzən isə bütün bədəni əhatə edir. Tək başda tük tökülməsi ilə bütün bədəndə olan tük tökülməsi fərqləndirilir və bunların müalicəsi də fərqli aparılır. Ümumiyyətlə, hər bir fərddə saç tökülməsinə fərqli yanaşmaq lazımdır. Məsələn, qadının saçları tökülürsə, o zaman onun yaşı, vəziyyəti nəzərə alınır. Hamiləlik, süd vermə dövrü bunlar hamısı müalicəyə təsir edir".

Dermatoloq qeyd edib ki, saç tökülməsi fəsil dəyişmələri zamanı arta bilir: "Fəsildən-fəsilə keçiddə saç tökülməsinin artması qorxulu deyil. Saçlar gündəlik olaraq 50-60 teldən çox tökülürsə, bu, normal deyil, anormaldır. Süd verən dövrdə hətta doğuşdan 2 il sonraya qədər saç tökülməsi davam edir. Bu zaman da ananın uşağa süd verib-verməməsi nəzərə alınır, müalicə də buna uyğun seçilir. Saç tökülməsi zamanı saç dibinin, dərinin müayinəsi mühüm əhəmiyyət kəsb edir".

Həkim onu da əlavə edib ki, uşaqlarda adətən saç tökülməsi zamanı sürtmə krem dərmanlara üstünlük verilir, amma nəticə olmasa sistem müalicəsinə başlanır...
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET