Saqqız çeynəmək ağız boşluğuna texniki təmizlik verir

20 Eylül 2022
2 494
0
Saqqız çeynəmək ağız boşluğuna texniki təmizlik verir
Bəzən ağızdan gələn qoxudan azad olmaq üçün, bəzən də müxtəlif səbəblərlə əlaqədar saqqız çeynənilməsi ilə rastlaşırıq. Hazırda saqqızın fərqli dada malik çoxlu çeşidi var. Uşaq və gənclər ondan çox istifadə etsələr də, mütəxəssislər uzun müddət saqqız çeynəməyi tövsiyə etmirlər.

Feat.Az
bildirir ki, həkim-stomatoloq Kamil İsayev AZƏRTAC-a deyib: "Saqqız çeynəməyin bir faydası varsa, zərərli təsirləri daha çoxdur. Onun faydası diş fırçası və məcunu olmadığı şəraitdə ağız boşluğuna nisbətən mexaniki təmizlik vermək üçün istifadə olunmasındadır. Digər bir tərəfdən onun beş dəqiqədən artıq çeynənilməsi məsləhət deyil".

Saqqızı ağız boşluğunda çox saxlayanda onun tərkibindəki bəzi kimyəvi maddələr parçalanır, nəticədə mədə-bağırsaq sistemində problemlər yaranır. Həkimin dediyinə görə, onun tərkibində olan müəyyən qatqı maddələri - konservantlar, boya və dad verən maddələr uşaq orqanizmi və hamilə qadın üçün çox ziyanlıdır. Saqqız çeynənən zaman əmələ gələn metanol qazı göz və sinirlər üçün çox zərərli toksik maddədir.

Həkimlər bildirirlər ki, saqqız əvəzinə arı mumu çeynəmək daha məqsədəuyğundur. Tərkibində propolis olduğuna görə təkcə damaq və dişə deyil, bütün orqanizm üçün faydalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.