Çuğundur qan təzyiqini aşağı salır

18 Temmuz 2020
614
0
Çuğundur qan təzyiqini aşağı salır
Bir sıra əcnəbi diyetoloqlar çuğunduru ən yaxşı qida məhsulu hesab edirlər.

Feat.Az
bildirir ki, ekspertlərin rəyinə görə, çuğundurun tərkibindəki faydalı nitratlar arteriya daxilində azot oksidinə çevrilir ki, bu da təzyiqin aşağı düşməsinə və qan dövranının yaxşılaşmasına kömək edir. Azot oksidi, həmçinin beyinə qan axınını stimullaşdırır. Bunun üçün çuğundur şirəsini qatılaşdırılmış halda içmək lazımdır.

Müəyyən edilib ki, çuğundur orqanizmə iltihabı proseslərlə mübarizədə yardımçı olur. Onun tərkibində orqanizmin ürək, şiş, Alsheymer və digər xəstəliklərin yaranmasına səbəb ola biləcək iltihabdan qorunmasına kömək edən betalin piqmenti var.

Diyetoloqlar çuğunduru çiy şəkildə yeməyi, salata əlavə etməyi və ondan təbii cips hazırlamağı məsləhət görürlər.
Mənbə:AZƏRTAC
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.