Qədim slavyan UZVAR: Faydalı və müalicəvi içki

29 Temmuz 2020
520
0
Qədim slavyan UZVAR: Faydalı və müalicəvi içki
Bu içki bir çox slavyan xalqlarının mətbəxlərində var. Uzvar rus sözü "варить" ("bişirmək") sözündən yaranıb.

Lakin əslində bu içki bişirilmir, dəmlənilir ki, nəticədə tərkibində olan bütün fayadalı maddələr dağılmır, saxlanılır.

Soyuq fəsillərdə insan orqanzimində vitamin və mineral defisiti yaranır. Bu faydalı içki orqanizmə ona lazım olan vitamin və mineralları bəxş edirdi. Bundan əlavə uzvar ürək üçün çox faydalıdır, qəbizliyi müalicə etməyə kömək edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, iltihabları azaldır, insanı daha gümrah edir.

Feat.Az bu faydalı və müalicəvi içkinin reseptini təqdim edir.

Tərkib:

- 200 qr müxtəlif meyvə quruları (alma, armud, ərik, kişmiş, qara gavalı və s.)

- 1 ovuc itburnu

- 2 l su

- bal (zövqə görə)

Hazırlanması:

Meyvə qurularını yaxşı yuyun. İtburnu meyvəsini yuyun və əzin. Meyvələri emallı qazan töküb üzərinə ilıq qaynadılmış su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər qazanı vam odun üzərinə qoyun, yaxşı qızdırın (qaynatmayın!). Uzvar ilıq olanda zövgə görə bal əlavə edin və için. Uzvarın içində olan meyvələri atmayın, onları yemək və ya piroq, bulka üçün içlik kimi istifadə etmək olar.
Mənbə:publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.