Orqanizmdə vitamin C çatışmadıqda nə vaş verir? – Acı fəsadları

06 Temmuz 2020
208
0
Orqanizmdə vitamin C çatışmadıqda nə vaş verir? – Acı fəsadları
17 -19-ci əsrlər arası kəskin vitamin C çatışmazlığı nəticəsi olan Sinqa xəstəliyindən 1 milyondan çox dənizçi həlak olmuşdu. Damar divarlarının keçiriciliyinin yüksəlməsi, əsasən diş ətindən qanaxma ilə xarakterizə olunan bu xəstəliyin səbəbi uzun illər tapılmamış və əsasən pnevmoniya ilə ağırlaşdığına görə infeksion mənşəli olduğu düşünülmüşdür.

Yalnız 1932-ci ildə vit C-nin sinqaəleyhinə təsiri aşkarlanmışdır. Damarların vacib struktur komponenti olan kollagen sintezi məhz vit C iştirakı ilə getdiyindən onun qıtlığı bu simptomlara səbəb olmuşdur.

Daha sonra Vit C-nin tək kollagen sintezi deyil, həmçinin, başqa həyati vacib funksiyaların iştirakçısı olduğu məlum olmuşdur. Orqanizmdə ümumilikdə 150-dən çox metabolik funksiyada vacib rol oynayır. Onlardan biri də immun hüceyrələrin yaranması və optimal fəaliyyətidir.

Feat.Az xəbər verir ki, dünyada tüğyan edən COVİD -19 infeksiyasının əsasən hava - damcı və səthlərlə təmas yol ilə yayılması virusun yayılmasını qarşısıalınmaz edib. Xüsusən də yanaşı xəstəlikləri olan insanlarda ciddi fəsadlarla (tənəffüs çatışmazlığı, pnevmoniya, böyrək çatışmazlığı) ağırlaşan, spesifik müalicə metodları olmayan infeksiyadan necə qorunmaq olar? Xəstəliklə mübarizədə ən doğru tədbir - orqanizmin özünün müdafiə qüvvələrinin gücləndirilməsidir.

Hazırda məlumdur ki, immun sisteminin viruslara qarşı muvafiq reaksiya verə bilməsi ücün orqanizmin vit C -nin yüksək konsentrasiyasına ehtiyacı var.

Bu məqsədlə pandemiya dövründə ABŞ-da, Finlandiyada, Çində, Türkiyədə virusla mübarizədə uğurlu nəticələr vermiş Yüksəkdozalı Vitamin C tövsiyə olunur.

Yüksəkdozalı Vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:

• İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir

• Komplement sistemini aktivləşdirir

• İnterferon sintezini artırır

• Antioksidant təsir göstərir
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər