Evdə sərinləşdirici içki belə hazırlanır

07 Temmuz 2020
690
0
Evdə sərinləşdirici içki belə hazırlanır
İsti yay-günlərində hər birimizin qida rasionunun əsasını sərinləşdirici içkilər təşkil edir. Buna görə də, mağazalardan aldığımız qidalar arasında da elə sərinləşdirici içkilər çoxluq təşkil edir. Amma onu da deyək ki, xeyli pul xərcləyib aldığımız və tərkibi haqqında demək olar ki, məlumatımız olmayan bu içkilərdən daha faydalısını evdə hazırlaya bilərik.

Necə?

Feat.Az
bildirir ki, bu barədə Azərbaycan milli kulinariya assosiasiyasının idarə heyətinin üzvü, qida texnoloqu Ağa Salamov danışıb.

Ağa bəy deyir ki, insanların mağazalardan aldığı enerji içkiləri, rəngli və qazlı suların orqanizm üçün heç bir faydası yoxdur:

" Yəni bu içkilərin heç bir qida dəyəri yoxdur. Boş karbohidrat olduğuna görə, insan bədəninə heç bir vitamin və minerallar ötürə bilmir. Gedib mağazalardan aldıqları həmin içkilərin tərkibinə müxtəlif qatqılar əlavə olunur ki, vitrin ömrü uzansın. Bütün bunlar da tədricən insan orqanizminə təhlükə ola bilər. Buna görə də, yaxşı olardı ki, sərin içkiləri evdə hazırlayıb qəbul etsinlər".

Ağa bəy bizə dadlı və bol vitaminli sərinləşdirici içkinin hazırlama qaydasını izah etdi.Belə ki, qarışıq vitamin tərkibli sərinləşdirici içkinin tərkibinə bunları əlavə etmək lazımdır:

"Qaysı 500 qr

Gavalı 300 qr

Alma 200 qr

Çiyələk 100 qr

Kök 100 qr

Bal zövqə görə

Su

Hazırlanma qaydası


Bütün meyvələr yuyulub emal olunur ( doğranır) kök və alma qabığı soyularaq doğranır. Bir qazana qoyub üzərinə çıxacaq qədər su əlavə edirik. Qoyuruq qaynamağa . Bütün məhsullar yumuşalanadək qaynadırıq ( kök gec bişdiyinə görə sürtgəcdən keçirilir) . Hazır olan məhsullar süzgəcdən keçirilir və əldə etdiyiniz meyvə suyunu vam odda yenidən qaynadıb bal əlavə edirik.Bal tam həll olandan sonra isə şirəmizi kənara çəkib, bir şüşə qaba əlavə edib soyumağa buraxırıq. Soyumuş şirəni soyuducuya alıb sərinləşdirərək içmək lazımdır.

Budur bol vitaminli yay içkiniz hazırdır.
Nuş olsun!"
Mənbə:lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.