Günəş allergiyası nədir və necə qorunmaq olar?

18 Temmuz 2020
565
0
Günəş allergiyası nədir və necə qorunmaq olar?
Günəş allergiyası isti mövsümlərdə bir çox insanlarda meydana gələn və qaşıntılı səpgilər ilə özünü göstərən dəri problemlərinin toplusuna deyilir.

Feat.Az
bildirir ki, bunu dermatoloq, uzman həkim Mehdi İskəndərli açıqlayıb. Onun sözlərinə görə, bu cür dermatoloji problemlər birbaşa Günəşin ultrabənövşəyi şüaları ilə əlaqədar meydana gəlir. Günəşlə bağlı dəri problemləri adətən bədənin açıq yerlərində yaranır. Əsasən üz dərisi, sinə bölgəsi (dekolte) qolların xarici səthi, əllərin üstü, baldırlarin ön tərəfləri, ayaqların üstü daha çox zədələnir. Dəri səpgilər adətən yaz və yay aylarında kəskinləşir, payız və qış aylarında isə sönməyə başlayır:

"UV olaraq bildiyimiz ultrabənövşəyi şüalar dəridə sadəcə, Günəş allergiyası deyil eyni zamanda allergik mənşəli olmayan digər dermatoloji problemlər də yarada bilər. Məsələn, pemfiqus xəstəliyi Günəş şüalarının təsirindən remissiyadan çıxa bilər və xəstəlik kəskinləşə bilir. Günəşin ultrabənövşəyi şüaları herpetik infeksiyaları da kəskinləşdirir. Rozasea və ya gənə xəstəliyindən əziyyət çəkənlərdə qızartılar alovlana bilər. Qırmızı qurd eşənəyi xəstəliyi və dermatomiozit xəstəliyi olanlar xüsusən diqqətli olmalıdırlar. Günəşli sezon dönəmində avtoimmun revmatizmal dəri xəstəlikləri residiv verir".

Həkim bildirib ki, Günəş allergiyası kimi problemləri olan xəstələr fevral ayının sonlarından etibarən Günəşdən qorunma qaydalarına əməl etməyə başlamalıdırlar: "Belə xəstələr sadəcə, günəşli sezonlarda deyil, eyni zamanda qış aylarında belə Günəş şülarının mənfi təsirlərinə qarşı diqqətli olmalıdırlar. Lakin, günəşli mövsümlərdə bu cür xəstələr günəşdən həm fiziki, həm də kimyəvi olaraq qorunmalıdırlar. Fiziki qorunma dedikdə aşağı və yuxarı ətrafları örtəcək uzun və dərini sərin tutan geyimlər, günəş eynəkləri və baş örtükləri, kimyəvi qorunma dedikdə isə dəriyə 2 saatdan bir tətbiq edilən +SPF Günəşdən qoruyucu kremlər nəzərədə tutulur. Bütün bunlara rəğmən günəş altında qaldıqdan sonra dəridə qaşıntılı qızartılı səpgilər meydana gələrsə mütləq dermatoloq həkimə müraciət edilməlidir".
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.