Ürəyini sevənlər bu məhsulları bol-bol yesin - SİYAHI

27 Temmuz 2020
565
0
Ürəyini sevənlər bu məhsulları bol-bol yesin - SİYAHI
Ürək həyati əhəmiyyətli ən vacib orqanımızdır.
Feat.Az
bildirir ki, sağlam ürək üçün idman və sağlam qidanın əsas şərt olduğunu mütəxəssislər də hər dəfə açıqlayırlar. Qəbul etdiyimiz bəzi qidalar belə onun sağlamlığına təsirsiz ötüşmür. Bunun üçün də aşağı yaşlarda qazana biləcəyimiz bəzi vərdişlər uzun illər ürəyimiizn bizi yarı yolda qoymamasına kömək edə bilər. Bəs bu məhsullar hansılardır?
Fındıq
Fındığın tərkibində yağ var, amma bu yağ xolestrolun azalmasına kömək edən maddədir. Bundan başqa çərəzdə damarları qoruyan E vitamini də boldur. Gün ərzində bir ovuc kişmiş qatılan fındıq qəbulu məsləhətdir.
Zeytun yağı
Doymuş yağlar yerinə daha sağlam olan zeytun yağına üstünlük verin. Bu qandakı xolestrolu azaldır, təzyiqi tənzimləyir. Bu məhsulun son dərəcə faydalı olduğunu dünyanın müxtəlif ölkələrində aparılan araşdırmalar da ortaya qoyub.

Düyü
Bol miqdarda E və B vitamini var.
Pomidor
Qırmızı rəng verən likopen adlı birləşmə damarlarda xolestrol toplanmasının qarşısını alır.

Soğan
Damarların divarlarının zərər görməsinə mane olur.
Lobiya
İstər qurusu, istərsə də təzəsi mükəmməl qidadır. Bu qida damar tıxanıqlıqlarının qarşısını alır.
Ispanaq
Yüksək təzyiqə qarşı savaşan məhsuldur. Maqneziumla zəngindir.

Sarımsaq
Qanın laxtalanaraq damarları bağlamasının qarşısını alır. Araşdırmaçılar gündə bir diş sarımsaq yeməyi məsləhət görürlər.
Qreypfurt
Əla C vitamini mənbəyidir. Damarları divarlarını zədələnməkdən qoruyur.

Yulaf
Xolestrolu bədəndən təmizləyir. Gündə yarım fincana yaxın yulaf yeyənlərdə xolestrol miqdarı 20 faizə kimi azalır.
Çay
Keçmişdə ürəyi xəstələrə çay içmək qadağan edilirdi. Bu gün isə onun tərkibindəki maddənin damar çəpərlərində xolestrol toplanmasına mane olduğu deyilir. Qanın laxtalanma riskini də azaldır.

Alma
Gündə bir alma yeyən adamların ürək xəstəliklərindən qorxmasına da ehtiyac yoxdur. Buna səbəb onun içərisindəki liflər və müxtəlif vitaminlərin toplanmasıdır.
Mənbə:BakuPost
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.