Dağılan ailələrin 40%-də WhatsApp və Facebook günahkar çıxdı - HESABAT

18 Kasım 2014
1 521
0
Dağılan ailələrin 40%-də WhatsApp və Facebook günahkar çıxdı - HESABAT
Dağılan ailələrin 40%-də WhatsApp və Facebook günahkar çıxdı - HESABAT


İtaliyada dərc edilən son hesabata əsasən, WhatsAppFacebook mesajları boşanmaların ən mühüm dəlilləri arasında yer alıb.

Araşdırmalar nəticəsində bəlli olub ki, sürətli söhbət etmək imkanı cütlüklərin ayrılmasında böyük rol oynamağa başlayıb. İtaliya Ailə Vəkilləri Birliyi hazırladığı hesabatın nəticəsi olaraq söyləmək olar ki, boşanmaların təqribən 40%-də WhatsAppFacebook mesajları əsas rol oynayır.

Hesabatda bildirilir ki, sosial mediadan istifadənin artması cütlüklərin münasibətlərinə zərər yetirir və bu zərər vaxt keçdikcə çoxalır. İlk əvvəl qısa mesajla başlayan xəyanətin daha sonra Facebook vasitəsilə həyata keçirildiyi bildirilən hesabatda, müasir dövrdə yeni trendin WhatsApp olduğu xüsusi ilə vurğulanır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.