5 dəqiqədə dabanları yumşaltmağın yolu

18 Eylül 2020
606
0
5 dəqiqədə dabanları yumşaltmağın yolu
Ayağınızın sığışacağı ölçüdə ləyən götürün və içərisinə 1,5 litr isti su tökün.Su çox isti olsun,amma,ayağınızı yandıracaq kimi olması lazım deyil.Suya 4 xörək qaşığı perekis əlavə edib ayaqlarınızı vanna edin.Bir-neçə dəqiqədən sonra ayaqlarınızın və dabanlarınızın yumuşaldığının şahidi olacaqsınız.Hətta ayaqlarınız elə şəklə düşəcək ki,elə bil uzun müddət saunadasınız.Əgər dabanlarınız çox yumşalmayıbsa o zaman ayaqlarınızı suyun içərisində bir az da saxlayın.Ayaqlarınızı sudan çıxardığınız zaman dərinizin körpə uşaq dərisi kimi tər-təmiz olduğunun şahidi olacaqsınız.Əgər daban hissənizdə qalınlaşmış dəri toxuması hələ də qalıbsa o zaman daban süngəri ilə həmin nahiyyəni sürtüb təmizləyin.Daban hissənizin qalınlaşmış ölü toxuması yumşaldığı üçün asanlıqla təmizlənir.Təmizlədikdən sonra dabanınıza bir-neçə damcı sirkə damızdırılmış qliserin sürtün.Əgər dabanınızda illərlə yığılıb qalınlaşmış dəri varsa o zaman hər gün ayaqlarınızı bu üsulla vanna edin,amma,sirkəli qliserini həftədə bir dəfə sürün.
Yuxarıda yazılanları edin və faydasını görün!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.