Bu məhsullar xərçəng riskini ən azı 20 faiz aşağı salır

23 Eylül 2020
126
0
Bu məhsullar xərçəng riskini ən azı 20 faiz aşağı salır
Xərçəng xəstəliyinin inkişafından tamamilə müdafiə edən məhsulların mövcud olmamasına baxmayaraq, bəziləri bədxassəli şişlərin əmələ gəlməsindən orqanizmin müdafiəsini gücləndirir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məhsulların istifadə edilməsi immun sisteminin fəaliyyətinə müsbət təsir edir, bu da öz növbəsində xərçəng riskini ən azı 20 faiz aşağı salır.

Xərçəng əleyhinə maneəni möhkəmləndirmək məqsədilə həkimlər immun sisteminin müdafiə xüsusiyyətlərini səmərəli stimullaşdıran sarımsaqdan istifadə edilməsini tövsiyə edirlər. Bu cür səmərə kükürd birləşmələri ilə təmin edilir. Mövcud olan tədqiqatların göstəriciləri belə nəticəyə gəlməyə əsas verir ki, sarımsağın istifadə edilməsi mədə xərçənginin qarşısının alınması üsullarından biridir - bu vərdiş sayəsində xəstəlik ehtimalı 15 faiz azalır.

Öz növbəsində, kolorektal (bağırsaq) xərçəngi, prostat şişi riski Braziliya qozunun pəhrizə daxil edilməsinə imkan verir. Bu məhsul - ən zəngin selenyum mənbəyidir: bu mineral şiş şəklində mutasiya etməyə qadir olan zədələnmiş hüceyrələrin məhvinə yardım edir. Kornell və Arizona universitetlərinin alimləri tərəfindən əldə edilmiş məlumatlar qozun sayəsində prostat xərçəngi riski 63 faiz, bağırsaq xərçəngi riskinin isə 58 faiz azaldıla biləcəyinə işarə edirlər. Bunu etmək üçün gündə iki dənə qoz yemək lazımdır.

Xərçəng xəstəlikləri ilə ən yaxşı mübarizlərdən biri brokolidir. Tərəvəz spesifik bir birləşmə - bir çox şiş növü ilə əlaqəli WWP1 genini basdıran I3C molekulunu ehtiva edir, bu Beth-İzraiel Tibb Mərkəzinin alimləri tərəfindən müəyyən edilib. Məhsulun digər komponenti - bağırsaq və prostat şişlərinin hüceyrələrinin inkişafına maneə törətmə xüsusiyyətinə malik olan sulforafan maddəsidir.

Bundan başqa, pəhrizdə çox vaxt almanın mövcudluğu kolorektal xərçəngin inkişafının səmərəli şəkildə qarşısını alır. Buna, onların pəhriz lifləri, eləcə də, xərçəng hüceyrələrinin qatilləri olan proksyanidinlər antioksidan maddələri köməklik edir.

Çayın istifadə edilməsi də xərçəng riskini aşağı salır. Hesablanıb ki, gündəlik iki fincan yumurtalıq xərçənginə tutulma şansını 32 faiz azalda bilər. Buna çay yarpaqlarının tərkibində bol şəkildə olan antioksidantlar və flavonoidlər səbəb olur.

Yağlı balıq yemək şiş xəstəliklərinin qarşısının alınması üçün çox faydalıdır. "Domaşni Oçag" nəşri həftədə dörd porsiyanın leykemiya, miyelom və linfoma ehtimalını 30 faiz azalda biləcəyini yazır.

Öz növbəsində, müntəzəm olaraq yeyilən sitrus meyvələri qırtlaq, mədə və ağız boşluğu xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET