Dilinizin üstünə baxaraq sağlam olub olmamağınızı təyin edə bilərsiniz

22 Eylül 2020
741
0
Dilinizin üstünə baxaraq sağlam olub olmamağınızı təyin edə bilərsiniz
Dilinizin üstünə baxaraq sağlam olub-olmamağınızı təyin edə bilərsiniz.

Kələ-kötür dil
Əgər sizin diliniz kələ-kötürdüsə o zaman qorxmağınıza gərək yoxdur, bu cür dil normal hesab edilir. Amerika əhaisinin 14%-nin dili kələ-kötürdür.

Xırda ağ rəngli çökəkliklər
Bu vəziyyət ən çox siqaret çəkənlərdə üşahidə edilir. Əgər siqaretdən istifadə etmirsinizsə o zaman mütləq diş həkiminə və onkoloqa müraciət edin. Bu çökəkliklər 5% hallarda dilin xərçəng xəstəliyi zamanı meydana çıxır.
Kəsmiyəbənzər ağ kütlə
Dilinizin üstündə süd çürüyünə və ya kəsmiyə bənzər ağ şey görsəniz bilin ki, bu göbələk xəstəliyinin əlamətidir. Bu həm də sizin immun sisteminizin aşağı olmasının göstəricisi sayılır. Ona görə də diabet və autoimmun xəstələrinin və immuniteti aşağı olan uşaqların dilinin üstündə əksər vaxt süd çürüyünə bənzər ağ kütlələr olur.
Qırmızı - moruğu dil
Qırmızı-moruğu rəngdə dilin olması orqanizmdə dəmirin və B12 vitamininin çatışmazlığının gösəricisidir.
Qırışmış dil
Bu qocalmanın əlamətlərindən sayılır. Əgər siz qoca deyilsinizsə o zaman ağız boşluğunda problemləriniz olacaq. Bu cür dildə ağrılar, ağızda iylənmə olur. Səbəbi isə ağız boşluğuna düzgün qulluq etməməkdir.
Qara dil
Dilin qəhvəyi və ya qara olması ağız boşluğuna düzgün qulluq etməməkdən olur. Bu rəngdə dil uzun müddət siqaret çəkənlərdə və ya çoxlu kofein qəbul edənlərdə müşahidə edilir.
Qırmızı ləkələr
Dilin üstündə qırmızı ləkələr göründükdə mütləq həkimə müraciət etmək lazımdır. Çünki, bu dildə yara və ya xərçəng xəstəliyi olan zaman baş verir. Mütləq həkim məsləhəti lazımdır.
Dildə yaralar
Dildə ağrılı yaraların olması sizin stressdən əziyyət çəkməyinizin göstəricisidir. Bu yaralardan ağız boşluğunda da olur və 4 gün müddətində ağrı ilə müşahidə edilir. Yaraların tam sağalması isə 1-2 həftərə baş verir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.