Virusa yoluxmanı göstərən 11 ƏLAMƏT- Ən çox bunlara rast gəlinir

19 Eylül 2020
141
0
Virusa yoluxmanı göstərən 11 ƏLAMƏT- Ən çox bunlara rast gəlinir
Koronavirus geniş yayıldıqca, xəstəlik barədə araşdırmalar artdıqca, virusun əvvəllər fərq edilməyən simptomları ortaya çıxır.

Feat.Az
bildirir ki, artıq əlamətlərlə bağlı yenilənmiş siyahıda 11 simptom vurğulanır.

Koronavirusun adını ilk dəfə eşitdiyimiz zaman, pandemiya yeni başlayan dövrdə qısa simptomlar siyahısı vardı. Buraya yüksək hərarət, öskürək və nəfəs darlığı daxil idi. Virus yayıldıqca, bununla əlaqədar tədqiqatlar genişləndikcə simptomların siyahısı günü-gündən daha da uzandı. Aprel ayında rəsmi olaraq COVID-19-un 9 əlaməti elan edildi. Bu yaxınlarda isə siyahı yeniləndi və üç yeni simptom əlavə olundu: Burun tıxanıqlığı, ürəkbulanma, qusma və ishal. Əslində, bunlar daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı təmsilçiləri tərəfindən COVID-19-un simptomlarından biri kimi təsvir edilmişdi, lakin rəsmi olaraq açıqlanmamıdşı. Beləliklə, hazırda koronavirusun əsas əlamətləri bunlar sayılır:

Yüksək hərarət- COVID-19-un ən çox rast gəlinən simptomu kimi təsvir olunur. Bədən temperaturunun 38 dərəcədən yuxarı olması təhlükəli sayılır.

COVID-19-a yoluxanlarda ən çox ortaya çıxan əlamətlərdən biri quru öskürəkdir. Bu halda adətən bəlğəm və ya selik görünmür.

Nəfəs darlığı da ümumi simptomlardan biridir.

Dad və qoxu itkisi- virusun burun boşluğuna daxil olaraq oradakı iybilmə mərkəzlərinə təsiri nətəcəisində baş verir.

Tənəffüs sisitemi xəstəliyi olan COVID-19 boğaz ağrısına da səbəb olur. Xüsusilə davamlı öskürək zamanı boğaz qıcıqlana bilər.

Burun tıxanıqlığı və ya axıntı virus xəstəliklərində görünən ümumi bir simptomdur. Virus səbəbindən burun boşluğunun şişməsi axma və ya tıxanıqlıq yaradır.

COVID-19-a yoluxma zamanı ürəkbulanma, qusmanın səbəbi tam izah edilməyib. Bir nəzəriyyəyə görə, burun keçidindən mədəyə düşən virus bu hallara səbəb olur. Eləcə də digər əlamət ishal haqqında da eyni nəzəriyyə irəli sürülür. Mədəyə düşən virus həzm sistemində irəliləyərək ishala da səbəb olur.

Yorğunluq hissi bədənin virusla mübarizəsi nəticəsində yaranır. İmmun sistemi virusa qarşı cavab reaksiyası olaraq bədənin enerjisindən istifadə etdiyinə görə, digər fəaliyyətlər üçün kifayət qədər enerji qalmır.

Yoluxmuş insanların hiss etdiyi əzələ və bədən ağrıları qrip kimi digər virus infeksiyaların da tipik əlamətidir.

Xəstələrdə rast gəlinən baş ağrıları yüksək hərarət zamanı ortaya çıxan haldır. Bundan başqa, xəstəlik zamanı nizamsız yuxu, normal qida qəbul etməmək və ya kifayət qədər su içməmək baş ağrılarına da səbəb ola bilər.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET