Koronavirusun ilkin əlamətlərinin ardıcıllığı açıqlanıb

21 Eylül 2020
640
0
Koronavirusun ilkin əlamətlərinin ardıcıllığı açıqlanıb
ABŞ-dan olan alimlər koronavirus infeksiyasının ilk əlamətlərinin ardıcıllığını açıqlayıblar.

Feat.Az
bildirir ki, aparılan tədqiqat zamanı mütəxəssislər, COVID-19 olan 55 mindən çox xəstənin tibbi tarixçəsini təhlil ediblər. Məlum olub ki, koronavirusa yoluxma zamanı ilkin olaraq qızdırma, sonra öskürək inkişaf edir. Bundan sonra xəstələrdə əzələ ağrısı, ürək bulanması, qusma və ishal ola bilər. Alimlər bunun həkimlərə xəstəliyin vaxtında diaqnoz və müalicəsində kömək edə biləcəyini qeyd ediblər.
Rusiyalı həkim Anna Dmitrieva isə öz təcrübəyə əsaslanaraq, demək olar ki, 100% hallarda qoxubilmənin itməsi olan insanlara COVID-19 diaqnozu qoyulduğunu söyləyib.
Bundan əlavə, bir qədər əvvəl amerikalı həkimlər COVID-19-un daha qeyri-adi bir simptomunu tapıblar. Mütəxəssislər hıçqırıqlara da diqqət yetirməyə çağırıblar.
Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.