"Burnu açıqda saxlamaq heç maska taxmamağa bərabərdir" - Həkimlər deyir

04 Aralık 2020
638
0
"Burnu açıqda saxlamaq heç maska taxmamağa bərabərdir" - Həkimlər deyir
Mütəxəssislər maska ilə bağlı açıqlamaları ilə diqqət çəkdi.

Feat.Az
bildirir ki, həkimlərə görə, COVID-19-a qarşı maska taxarkən burnu açıqda saxlamaq heç maska taxmamağa bərabərdir.

ÜST-ün nümayəndələri də maskanın ağız, burun və çənəni bağlayacaq şəkildə taxılmasını, yanlarda boşluq olmamalı olduğunu deyirlər.

Həmçinin maskaya toxunmaq olmaz. Çıxartdıqdan sonra isə əllər yuyulmalıdır.

Kanadada Toronto Ryerson Universitetindən viroloq Tim Sly koronavirusla mübarizədə maska taxmağın çox önəmli olduğunu bildirdi: "Amma lazım olan kimi taxılmalıdır. Yoxsa heç bir faydası olmaz. Araşdırmalar, maska taxmağın virusa qarşı 2-3 dəfə daha çox qoruduğunu sübut etmişdir. Eyni zamanda, virusun yayılmasının qarşısını almaqda da çox təsirlidir".

Viroloq Colin Furness da burnun açıq buraxılmasının səhv olduğunu deyir: "Burnun açıq buraxılması ilə maska taxmamaq arasında heç bir fərqi yoxdur".

Mütəxəssislər maskaların danışarkən çıxarılmamasını, boyunda ya da qulaq da asılmamalı olduğunu vurğulayırlar.

Qeyd edək ki, ötən həftə ABŞ-ın Kaliforniya Universitetinin yayımlandığı bir araşdırmada maska taxmağın COVİD-19 infeksiyasını daha yüngül keçirməyinə kömək etdiyi də sübut olundu.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.