Qəhvəyi düyü xərçəng və ürək xəstəlikləri riskini azaldır

23 Ekim 2020
693
0
Qəhvəyi düyü xərçəng və ürək xəstəlikləri riskini azaldır
Qəhvəyi düyüdən istifadə xərçəng və ürək-damar xəstəlikləri riskini azaldır.

Feat.Az
bildirir ki, aparılan tədqiqatların nəticələrinə əsasən, bu dənli bitkinin tərkibində olan selen və maqnezium arteriya damarlarında xolesterin toplanmasının qarşısını alır. Bundan başqa, onun tərkibindəki iltihab əleyhinə təsirə malik antioksidantlar döş və yoğun bağırsaq xərçəngi riskini azaldır.

Həkimlərin sözlərinə görə, zülal, mineral və bağırsağın fəaliyyətini tənzimləyən liflərlə zəngin olan bu növ düyü, həmçinin qanda şəkərin səviyyəsini normallaşdırır və uzun müddətə toxluq hissi yaradır.

Ekspertlər qəhvəyi düyünü orta porsiyalarla yeməyi, qarnir kimi süfrəyə qoymağı, eləcə də şorba və salata qatmağı tövsiyə edirlər.
Mənbə:AZƏRTAC
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.