Ağaca dırmanmaq yaddaşı gücləndirir

06 Ekim 2020
524
0
Ağaca dırmanmaq yaddaşı gücləndirir
Uşaq vaxtı ən çox sevdiyimiz fəaliyyətlərdən biri olan ağaca dırmanmağın insan bədəninə çox mühüm faydaları olduğu ortaya çıxdı.

ABŞ-dakı Şimal Florida Universitetinin Psixologiya fakültəsinin tədqiqatçılarının araşdırması, qısa müddət də olsa, ağaca dırmanmaq oynaqların boşluq duruşunu, mövqeyini, hərəkətini qəbul etməyə dair proprioseptiv adı verilən duyğunun təkan verdiyi və beləcə yaddaşı gücləndirdiyini aşkarladı.

Tədqiqatçılar, 18-59 yaşlı iştirakçıların yaddaşını təhlil etdikdən sonra, onlardan ağaca dırmanmaq, taxta üzərində tarazlıqda yerimək, ya da sürünmək, bəzi obyektləri salmadan daşımaq kimi fiziki fəaliyyət göstərməsini istədilər.

Bu cür fəaliyyətlərdən 2 saat sonra təkrar yaddaş təhlili aparılan iştirakçıların 50%-də daha uğurlu olduğu müşahidə olunub.

Tədqiqatçılardan Ross Allovey, düşündürən fəaliyyət göstərməyin həm beyni, həm də bədəni işlətdiyini vurğuladı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.