E vitamini ziyanlıdır?

10 Ekim 2020
519
0
E vitamini ziyanlıdır?
Bədənimizin sağlam inkişafı üçün hər birimiz ara-sıra vitamin qəbul edirik. Ancaq vitaminin mənfi təsirləri də ola bilərmiş. Belə ki, Yaponiyanın Keyo Universitetinin alimləri E vitamini əlavələrinin insanın sümük inkişafına pis təsir etdiyini müəyyənləşdirib.

Sınaqlar siçanlar üzərində aparılıb. İri dozalarla E vitamini qəbul edən siçanların sümük iliyində kəskin azalma qeydə alınıb.

Alimlər oxşar sınağın insanlar üzərində tətbiq olunacağı təqdirdə, həmin insanlarda sümüklərin sınma riskinin xeyli artacağını iddia edir. Yapon alimlər buna səbəb kimi hüceyrə balansının pozulduğunu göstərir. Belə ki, izafi E vitaminin qəbulu iliydəki sümük yaradan osteoklast adlı hüceyrələrə nisbətdə sümük məhv edən osteoblast adlı hüceyrələrin sayını sürətlə artırmış olar.

Qeyd edək ki, göyərti növlərindən ispanah və brokkoli, meyvələrdən isə fındıq və badam ən zəngin E vitamini mənbəyi sayılır. Elmi araşdırmanın nəticələri "Neychr Medicine" jurnalında dərc edilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.