Siqareti tərgidəndən bir il sonra ürək xəstəliyi riski 50 faiz azalır

21 Ekim 2020
515
0
Siqareti tərgidəndən bir il sonra ürək xəstəliyi riski 50 faiz azalır
Koronar ürək xəstəliklərindən qaynaqlanan ölümlərin 20 faizinin səbəbi tütün istifadəsidir.

Feat.Az
bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatda bildirilib. ÜST-nin açıqlamasında bu göstəricinin ürək xəstəliklərindən qaynaqlanan bütün ölümlərin beşdə birinə (1.9 milyon) bərabər olduğu vurğulanıb. ÜST infarktdan qaçmaq üçün təcili olaraq siqareti tərgitməyə çağırıb.

Qeyd olunub ki, gündə cəmi bir neçə siqaret çəkmək, ara-sıra siqaret çəkmək və ya siqaret tüstüsünə məruz qalmaq ürək xəstəliyi riskini artırır. Ancaq tütün istifadəçiləri dərhal siqareti tərgitsələr, bir il sonra ürək xəstəliyi riski 50 faiz azalacaq. Bundan əlavə, bildirilib ki, ÜST-nin son araşdırmalara əsasən, ürək xəstəlikləri və yüksək qan təzyiqinin yeni növ koronavirusdən (COVID-19) ölüm riskini artırdığına dair xəbərdarlıq edilib. İtaliyada COVID-19-dan ölənlərin 67 faizinin yüksək qan təzyiqi xəstələri olduğu, İspaniyada COVID-19 xəstələrinin 43 faizində ürək xəstəliyi aşkarlandığı məlum olub.

Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.