Yuxu qısamüddətli yaddaşı uzun müddətliyə necə çevirir?

09 Ekim 2020
564
0
Yuxu qısamüddətli yaddaşı uzun müddətliyə necə çevirir?
Biz hamımız bilirik ki, bütün məlumatlar ilk olaraq insanın qısamüddətli yaddaşına daxil olur, sonra isə uzun müddətli yaddaşa həkk olunur.

Bəzən qəbul etdiyimiz məlumatı nə qədər yadda saxlamağa çalışsaq da, bu məlumatlar uzun müddətli yaddaşa həkk olunmur və biz həmin yeni məlumatı yaddan çıxarırıq. Alimlərin keçirdiyi çoxsaylı araşdırmalar nəticəsində məlum olub ki, məlumatların effektiv formada qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa keçməsi üçün ən gözəl vasitə yuxudur. Bununla bağlı xeyli sayda tәcrübi təhqiqatlar və sübutlar mövcuddur. İnsan yuxuda olana zaman, onun əldə etdiyi yeni məlumatlar bir növ təkrarlanır. Yuxu zamanı məlumatlar beyninin bir hissəsindən digər hissəsinə keçid edir. Bu isə məlumatların daha effektiv yaddaşda qalmasına səbəb olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.