Diz oynağında tez-tez burxulma, boşalma, gücsüzlük kimi simptomlar nədən xəbər verir?

17 Ekim 2020
494
0
Diz oynağında tez-tez burxulma, boşalma, gücsüzlük kimi simptomlar nədən xəbər verir?
Bədəndə ən çox travmaya məruz qalan yerlərdən biri də dizlərdir. Məişət, istehsalat, yol qəzaları, eləcə də idman zamanı diz oynaqları daha çox travmaya məruz qalır. Dizlər travmaya məruz qalanda bir çox hallarda orada yerləşən çarpaz bağının da zədələnməsi baş verir. Bəs çarpaz bağı daha çox nə zaman zədələnir? Bağ zədələndikdə bərpa olunurmu?

Feat.Az
bildirir ki, ortoped-travmatoloq Ramin Rzayevin dediyinə görə, diz oynağının daxilində və mərkəzində bud və qamış sümüklərini birləşdirən çarpaz şəkildə yerləşmiş öndə olan bağ ön çarpaz bağ, arxada yerləşmiş bağ arxa çarpaz bağ adlanır. Ön çarpaz bağ dizin normal funksiya görməsi üçün vacib sabitləyici bağlardan biridir. Ön çarpaz bağı qalın, yetərincə möhkəm olub diz oynağında burxulmaların, baldırın önə doğru normadan artıq yerdəyişməsinin qarşısını alır.

Ön çarpaz bağı adətən idman travmaları zamanı vücudun bir diz üzərində kəskin hərlənməsi nəticəsində - yəni bağ sabit ayaq üzərində dayanarkən bud sümüyünün qamış sümüyü üzərində ani dönməsi nəticəsində zədələnir.

Bağın qopmasının təyini kliniki və Maqnit Rezonans Tomoqrafiyası müayinələrinin aparılması ilə dəyərləndirilir.

Xəstələr bağın zədələnməsindən sonra diz oynağında tez-tez burxulma, boşalma hissi, gücsüzlük və qeyri-stabillik kimi simptomları ilə bizə müraciət edirlər. Ön çarpaz bağı zədələnmiş diz oynağında şikayəti olan gənc insanlarda və idmançılarda bağın bərpası vacibdir. Bunun üçün qapalı - artroskopik yolla icra edilən müasir müalicə üsulları mövcuddur.

Bu zədənin konservativ müalicə üsulları ilə bərpası qeyri-mümkündür. Xəstənin yaşı 45-dən yuxarıdırsa, diz oynağının çəkilmiş rentgen müayinəsində artroz əlamətləri müşahidə edilirsə ön çarpaz bağının bərpası məsləhət görülmür.

Mənbə:e-tibb.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.