Moruğun faydaları

30 Ekim 2020
200
0
Moruğun faydaları
Moruq fəsli gəlib çatmışdır. Moruq çox ləzzətli bir meyvədir ki, onu həm xam və həm də bişmiş halda yemək olar. Adətən moruq isti yerlərdə yetişən meyvədir.

Moruğun faydaları.


1. Moruğun tərkibində K və C vitamini vardır. Sərinlətmə və yumşaltma xasiyyətinə malikdir.

2. Qanı filtrasiya etdiyi üçün revmatizm xəstələrinə çox faydalıdır.

3. Moruq qəbizlik üçün faydalıdır.

4. Moruq ağrıları sakitləşdirmək üçün də faydalıdır.

5. Moruq diabet xəstələrinə faydalı bir meyvədir, çünki qələviləşdirmə xasiyyətinə malikdir.

6. Moruğun şərbəti qızılca və məxmərək xəstələri üçün faydalıdır.

7. Moruğun dənələri dişlərdə xırdalanmadığından, bağırsaqlara gedir və qəbizliyin qarşısını alır.

8. Moruq şərbəti qızdırma xəstəliyi üçün faydalıdır.

9. Moruq yemək boğaz ağrısı və sidik yollarının iltihabı üçün faydalıdır.

10. Moruqun 20-50 qram yarpaqlarını və ya gülünü bir litr suda qaynatmaq səs tutulması, dəri xəstəlikləri üçün faydalıdır. Hər yeməkdən sonra bir stəkan içməyə çalışın.

11. Bu qaynanmış məhluldan boğaz ağrılarının qarşısını almaq, ağız yaraları, tonzilit xəstəliklərini sağaltmaq üçün istifadə edə bilər və bunun üçün isə bu məhlul ilə qar-qara da edə bilərsiniz.

12. Bu məhlul ishalın da qarşısını almaq xasiyyətinə malikdir.

13. Bu məhlul mədə və bağırsaq xəstəlikləri üçün faydalıdır.

14. Qaynadılmış bu məhlul üzdə olan çivzələr üçün də faydalıdır ki, ondan losyon kimi istifadə edə bilərsiniz.

15. Moruğun tərkibində K və C vitamini olduğu üçün qan təzyiqinə də faydalıdır.

16. Çilləri müalicə etmək üçün əvvəl üzünüzü yaxşı yuyun, sonra isə moruğu nazik şəkildə üzünüzə yaxın. Bu əməli bir neçə dəfə təkrar edin.

17. Moruq tərlətmə xasiyyətinə malikdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET