Koronavirusdan sağalanların saçı tökülür

03 Aralık 2020
711
0
Koronavirusdan sağalanların saçı tökülür
Koronavirus infeksiyasından sağalandan sonra xəstəliyin nəticələrindən biri saçın tökülməsidir.

NHK telekanalının məlumatına görə, bu barədə Yaponiyanın Milli Qlobal Sağlamlıq və Tibb Mərkəzinin alimləri açıqlama verib.

Feat.Az bildirir ki, alimlərin sözlərinə görə, sağaldıqdan dörd ay sonra COVID-19 xəstəxanasında yatan insanlar nəfəs darlığı (11 faiz), zəiflik (10 faiz), zəif qoxu (10 faiz), öskürək (4 faiz), həmçinin dad pozğunluqları (2 faiz) kimi bir sıra əlamətlər qalır.

Eyni zamanda, koronavirusdan sağalanların dörddə biri saç tökülməsindən şikayətlənib.

Elm adamları Ebola və ya denqe qızdırması keçirənlərdə oxşar simptomları müşahidə ediblər. Bununla belə saç tökülməsinin xəstələrin emosional həyəcanından da qaynaqlana biləcəyini etiraf ediblər.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.