Viruslardan qorunmaq üçün QAYDALAR

29 Kasım 2020
670
0
Viruslardan qorunmaq üçün QAYDALAR
Koronavirusa yoluxanların sayının artması virusdan qorunma tədbirlərini daha da aktuallaşdırır. Pandemiyanın başlanğıcından hazırlanan qaydalara hər kəsin əməl etməli olduğu vaxtaşırı vurğulanır.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi də COVID-19 pandemiyası dövründə küçədə davranış üzrə təlimat açıqlayıb. Təlimatı təqdim edirik:

1.Küçəyə çıxmazdan əvvəl uzunqol gödəkcə, pencək, jaket geyinin.

2. Saçınızı yığın. Üzük, sırğa, qolbağ taxmayın.

3. Evdən çıxmazdan öncə maskanızı geyinin.

4. İctimai nəqliyyatdan mümkün qədər istifadə etməməyə çalışın.

5. Əgər küçəyə itlə çıxırsınızsa, çalışın küçədəki əşyalara, xarici səthlərə toxunmasın.

6. Özünüzlə bir dəfə istifadəlik salfetlər götürün və səthlərlə təmas zamanı onlardan istifadə edin.

7. Öskürərkən və ya asqırarkən əlinizə və ya havaya deyil, hökmən qolunuzla (dirsək büküm ilə) və ya birdəfəlik salfetlə ağzının tutun.

8. İnsanlarla məsafəyə (1,5-2metr) əməl edin.

9. Əllərinizi yumadan üzünüzə toxunmayın

10. Hər dəfə səthlərə toxunduqdan sonar əllərinizi yuyun və ya spirt tərkibli məhlullar ilə dizinfeksiya edin.

11. Nəğd ödəniş etməməyə çalışın. Əgər pula əl vurursunuzsa, sonra əllərinizi dezinfiksiya edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.