Ancelina Coli aktirisalığa əlvida dedi

20 Kasım 2014
1 851
0
Ancelina Coli aktirisalığa əlvida dedi
Ancelina Coli aktirisalığa əlvida dedi

Dünyanın ən gözəl qadınlarından biri, Hollivud ulduzu Ancelina Coli kariyerasını bitirmək istəyir.

Bunu o özü Amerika jurnallarından birinə müsahibəsində deyib. O, aktrisa kariyerasına yaxın zamanlarda son qoyacağını deyib.

Coli deyib ki, indi o rejissor kimi fəaliyyət göstərmək və həyat yoldaşı Bred Pittin iştirakı ilə kino çəkmək istəyir. "Amma hələ bir necə işdə yer alacam. Kameranı bir aktyordan başqasına yönləndirəndə, gözəl iş əldə edəndə xoşbəxt oluram".

Jurnalistlər aktrisanın kariyerasını başa vurandan sonra siyasətçi kimi də özünü sınayacağını istisna etmirlər. Onların belə düşünməsinə səbəb isə Colinin öz sözləri olub. "İnsanların xeyri üçün çalışanda siyasi aspektləri nəzərə almadan işləmək olmur. Əgər doğurdanda nəyi isə dəyişmək istəyirsinizsə bu məsuliyyəti üzərinizə götürməlisiniz. Amma mən hələ hansı rolda daha faydalı olacağımı bilmirəm". O, bütün həyatını siyasətə həsr etməyə hazır olub-olmadığını sualına isə "Mən hazıram" deyə cavab verib.

Qeyd edək ki, hazırda A.Coli özünün yeni filmi üzərində işləyir. Film "Dənizdə" adlanır. Filmin baş qəhrəmanları aktrisa və həyat yoldaşı Bred Pittdir. Çəkilişlər Maltada həyata keçirilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.