Qazlı içkilərin orqanizmə zərərləri

06 Kasım 2020
628
0
Qazlı içkilərin orqanizmə zərərləri
Bəzi insanlar hər gün qazlı içkilərdən istifadə edir. Hətta elələri də vardir ki, qazlı içkidən su yerinə istifadə edir. Bu içkilər insanın ağzına xoş dad duyğusu bəxş etsə də, bu adamlar onların nə qədər toksik təsirə malik olduğundan xəbərsizdir.

Qazlı içkilərin tərkibində olan şəkər, kalori və müxtəlif qatqı maddələri haqqında araşdırma aparan mütəxəssislər bu içkilərdən mütəmadi olaraq istifadə edən adamlarda aşağıdakı xəstəliklərin meydana gəldiyini şöyləyirlər:
- osteoparoz
- piylənmə
- ağız boşluğu xəstəlikləri
- karies
- həzm sistemi xəstəlikləri
- ürək xəstəlikləri.

Qazlı içkilərdən istifadə edənlərdə bu içkilərə qarşı asılılıq yaranır. Bu içkilər orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur.
1. Qazlı içkilər kalsiumun orqanizm tərəfindən mənimsənilməsini azaldır.
2. Mədə turşuluğunu azaldaraq həzmin getməsini ləngidir.
3. Sümük sistemi xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.
4. Tərkibindəki şəkər orqanizmdə daha artıq insulinin olmasını tələb edir.
5. Arterial təzyiqin artmasına səbəb olur.
6. Piylənmə səbəbli bir çox xəstəliklərin meydana gəlməsinə səbəb olur.
7. Metabolozmi zəiflədir.
8. Endokrin sistemə mənfi təsir göstərir, şəkərli diabetə səbəb ola bilir.
9. Tərkibindəki kofein sayəsində böyrəküstü vəzlərin fəaliyyətinə birbaşa mənfi təsir edir.

Qazlı içkilərə olan meyiililik orqanizmə çox pis təsir etdiyindən ondan ən çox azyaşlı uşaqların və gənclərin uzaq durması məsləhətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.