Xoruldayan adamlar yuxu görmür!

20 Kasım 2014
1 345
0
Xoruldayan adamlar yuxu görmür!
Xoruldayan adamlar yuxu görmür!

Hər kəs yuxu görür, amma yuxu görmə sıxlığı və gördüyünü xatırlamaq adamdan adama görə fərqlənir.


Bir insan ildə təqribən 1460 yuxu görür. Bu, gecədə 4 yuxuya bərabərdir.

Elm adamları eyni anda xoruldama və yuxu görmənin mümkün olmadığını söyləyirlər.

Uşaqların yuxuları yaşlılardan daha qısa olur. Uşaqların yuxularının 40% -i kabusdur. Heyvanlar uşaqların yuxularına çox girir.


Yuxudakı rənglərin şərhi adamdan adama görə dəyişər. Məsələn mavi rəng bir adamın yuxusunda eşqi təmsil edərkən, başqa biri üçün tamamilə fərqli bir hadisəni təmsil edə bilər.

Bəzi vitaminlər daha canlı yuxular görməyə səbəb olur(məs, B vitamini).

Hamilə qadınlar yuxularını daha yaxşı xatırlayırlar. Bu hamiləlik müddətindəki hormonal dəyişmələrdən qaynaqlanır.



Siqareti yeni buraxan adamlarda siqaret çəkənlərlə müqayisədə yuxularının daha canlı olduğu müşahidə olunub.


Uşaqlığında qara ağ televizor izləmiş şəxslər, digərlərinə nisbətən rəngli yuxular görməyə meyllidir.

Yuxuların 50% -i oyandıqdan 5 dəqiqə sonra yaddan çıxır. 10 dəqiqə içində isə 90% -i unudulur.

Kişilər qorxu, hirs, sinir və şanssızlıq mövzulu yuxu görərəndə, qadınlar daha müsbət yüklü yuxular görürlər.

Yuxularımızda tez-tez tanıdığımız ya da gün içində qarşılaşdığımız insanların üzlərini görürük.

Ailənin ən böyük oğlan uşağı digər qardaşlarına nisbətən daha müsbət yuxular görür. Ən böyük qız uşağı isə yuxularında daha aqressiv xarakterlər görür.

Ən çox görülən yuxular yıxılmaq, uçmaqla bağlı olur. Bunları görmək gündəlik həyatdakı əsas qorxulardan yaranır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.