Gün ərzində 30-50 qram çərəz qəbul edilməsi orqanizm üçün faydalıdır

28 Mart 2021
642
0
Gün ərzində 30-50 qram çərəz qəbul edilməsi orqanizm üçün faydalıdır
Orqanizmdə asan və rahat həzm edilən çərəzlər rasionda yer alan xeyirli qidalardandır. Faydalı maddələrlə zəngin olmaqla yanaşı, çərəzlər enerji və zülal mənbəyidir. Qoz, fındıq və digər çərəzlər tərkibində olan müxtəlif vitamin və mikroelementlərlə yaddaşı gücləndirir, eyni zamanda əqli fəaliyyətə müsbət təsir göstərir. lakin onların allergik və qıcıqlandırıcı təsirləri nəzərə alınaraq gün ərzində 30-50 qram arasında qəbul olunmalıdır.

Qida dəyərləri yüksək olduğundan gündəlik vitamin tələbatını bir ovuc çərəzlə də əvəz etmək mümkündür. Feat.Az bildirir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqova AZƏRTAC-a deyib: "Qida bişdikcə tərkibində olan bir sıra vitaminlər, o cümlədən S vitamini 50, A vitamini 70 faiz azalır. Həmin vitaminləri çərəzlər vasitəsilə daha çox miqdarda qəbul edilir".

Həkim-terapevtin dediyinə görə, qoz, fındıq, püstə kimi çərəzlər qanda xolesterolun səviyyəsini tənzimləyir, böyrəyin fəaliyyətinə müsbət təsir göstərir: "Dəriyə faydasına görə bəzi kosmetoloji məhsulların hazırlanmasında da onlardan alınan yağlardan istifadə olunur. Qozun tərkibində olan Omeqa-3 yağ turşuları diabeti, yüksək qan təzyiqini və depressiyanı aradan qaldırmağa kömək edir. Qoz istehlakı ürək xəstəlikləri riskini azaldır, beyinin işini gücləndirir. Ürək-damar sistemi üçün çox əhəmiyyətlidir".

Araşdırmalara görə, bir çox qidalardan fərqli olaraq çərəzlərin tərkibində olan faydalı maddələr bir neçə il qala bilir. Qəbul edilən bir ovuc çərəz günə gümrah və sağlam başlamağa səbəb olur.

Lakin mütəxəssislər çərəzlərdən istifadə edərkən diqqətli olmağı tövsiyə edirlər. Onun gündəlik qəbulu zamanı allergik təsirlərini də unutmaq olmaz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.