Bu qidalar beyin üçün olduqca FAYDALIDIR

15 Nisan 2021
504
0
Bu qidalar beyin üçün olduqca FAYDALIDIR
Dietoloq Hanna Brey beyin sağlamlığını qorumağa imkan verən və demensiya riskini azaltmağa kömək edən qidlar barədə danışıb.

Feat.Az
xəbər verir ki, mütəxəssisin sözlərinə əsasən, koqnitiv funksiyaların qorunması üçün ən yaxşısı Aralıq dənizi pəhrizidir. Bu pəhrizdə meyvə-tərəvəzə, zeytun yağlı salatlara, həmçinin Omeqa-3-lə zəngin balığa üstünlük verilir.

Brey qeyd edir ki, beyin "sərbəst radikalların və stresin dağıdığcı təsirinə qarşı zəifdir", ona görə də mümkün qədər çox antioksidant yemək vacibdir. Belə ki, meyvə və giləmeyvələr arasında qara üzüm və qarağat kimi tünd rəngə malik olanları seçmək lazımdır.

Bundan əlavə, dietoloq qidaya yoqurt, qatıq, kələm və göbələk kimi ərzaqları qatmağı məsləhət görüb. Həmçinin həkim qanda şəkərin miqdarını izləməyi və yeməyə qanda şəkərin miqdarını azaldan darçın əlavə etməyi tövsiyə edir.
Mənbə:publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.