Hər səhər çiy yumurta içdikdə nə baş verir? - Qəribə faydaları

17 Nisan 2021
656
0
Hər səhər çiy yumurta içdikdə nə baş verir? - Qəribə faydaları
Yəqin ki, çoxunuz səhər yeməyinə bişmiş yumurta yeyirsiz. Hər səhər bir ədəd yumurta yemək orqanizm üçün vacibdir. Yumurtada çox sayda mikroelementlər, zülal, protein, kalsium vardır. Çiy yumurtada isə təmiz protein çoxdur, bu barədə idmançılar bilir.

Feat.Az
çiy yumurtanın faydalarını təqdim edir.

- Kişi potensiyası güclənir

Çiy yumurta kişi cinsiyyət üzvlərinə birbaşa təsir edir. Protein və sink testosteronun hasilini artırır, aminturşular spermanın keyfiyyətini yaxşılaşdırır. Sonsuzluqdan əziyyət çəkən cütlüklərə buna görə çiy yumurta, ümumiyyətlə müxtəlif quşların yumurtaları ilə dieta məsləhət görülür.

- Qanda şəkəri salır

Diabet xəstələri üçün faydalıdır, mədəaltı vəzdəki iltihabı götürür, insulin hasilini yaxşılaşdırır

- Mədə problemləri, qastritdə

Həzmsizliyin birinci səbəbi ferment azlığıdır. Yumurta zülalı yaxşı mənimsənilir, həzm fermentlərinin sekresiyasını normallaşdırır. Çiy yumurta ağı mədə divarını örtür, iltihabı götürür, mədəni sakitləşdirir, Helikobakteriyaya qarşı dayanır, qastritin müalicəsində effektivdir.

- Göz xəstəliklərinin qarşısını alır

Katarakta və göz büllurunun degenerasiyasının qarşısını əla alır. Yumurtada olan lutein göz qişasını qidalandırır.

- Bağırsaqların işini yaxşılaşdırır

- Çiy yumurtada olan lizosim mikrofloranı təmizləyir, bağırsaq immunitetini yaxşılaşdırır, detoks təsiri göstərir

Diqqət: əgər çiy yumurta içməyə qərar verdinizsə, bu istehsalında əmin olduğunuz steril yumurta olmalıdır. Çünki yumurtada zərərli bakteriyalar ola bilər. Kənd yumurtası isə olduqca təzə olmalıdır. Yumurtanı sındırmazdan əvvəl sabunlu qaynar su ilə yuyulmalı, içi qabığı ilə təmasda olmamalıdır.
Mənbə:medicina.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.